...

Tramp ABŞ-ın gülüş obyektinə çevrildiyini bildirdi

Dünya xəbərləri Materials 13 Oktyabr 2021 03:00 (UTC +04:00)
Tramp ABŞ-ın gülüş obyektinə çevrildiyini bildirdi

Bakı. Trend:

ABŞ demokratların hakimiyyətə gəlməsindən sonra dünya ictimaiyyəti üçün gülüş obyektinə çevrilib.

Trend-in məlumatına görə, bunu keçmiş ABŞ Prezidenti Donald Tramp deyib.

D.Tramp bildirib: "Bizim ölkəmiz bütün dünyada gülüş obyektidir və artıq möhtəşəm bir ölkə deyil".

Keçmiş prezident həmçinin tərəfdarları ilə birlikdə "Amerikanı yenidən möhtəşəm edəcəyinə" söz verdi.

D.Tramp ABŞ-ın əsas problemləri kimi cənub sərhədindəki miqrantlarla bağlı vəziyyəti, ölkənin hərbi gücünün azalmasını və koronavirusa yoluxma hallarının yüksək olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti