...

"Subaru" ilk elektrikli krossoverini təqdim edib

Dünya xəbərləri Materials 11 Noyabr 2021 08:48 (UTC +04:00)
"Subaru" ilk elektrikli krossoverini təqdim edib

Bakı. Trend:

Yaponiyanın "Subaru" şirkəti onlayn-təqdimat zamanı ilk tam elektrikli "Solterra" krossoverini təqdim edib.

Trend-in məlumatına görə, avtomobil "Toyota" korporasiyası ilə birgə hazırlanıb və bu il ətqdim edilən "Toyota bZ4X" krossoverinin əkizidir.

Məlumata əsasən, hər iki avtomobil eyni platforma üzərində hazırlanıb.

Bildirilir ki, yeni "Subaru" hər təkərində ayrı mühərriklərin fəaliyyəti sayəsində əldə edilən tam ötürücü sistem ilə təchiz edilib.

Qeyd edilir ki, bir şarjla belə bir avtomobil təxminən 460 km məsafə qət etməyə qadirdir. Ön ötürücü versiyalı "Toyota bZ4X" modelində bu rəqəm 530 km-ə bərabərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti