...

Almaniyada İkinci Dünya müharibəsindən qalan bomba partlayıb, yaralılar var

Dünya xəbərləri Materials 1 Dekabr 2021 17:29 (UTC +04:00)
Almaniyada İkinci Dünya müharibəsindən qalan bomba partlayıb, yaralılar var

Bakı. Orxan Nəbiyev - Trend:

Almaniyanın Münhen şəhərində dəmiryol stansiyası yaxınlığında partlayış baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində üç nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

İnsident stansiya yaxınlığında tikinti işlərinin getdiyi sahədə baş verib.

Almaniya dövlət dəmiryol şirkətinin məlumatına görə, hadisəyə İkinci Dünya müharibəsindən qalan aviasiya bombasının partlaması səbəb olub.

Hadisə yeri polis tərəfindən əhatəyə alınıb. Qatarların hərəkəti dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti