...

Qazaxıstan prezidenti nümayişçilərə müraciət edib

Dünya xəbərləri Materials 4 Yanvar 2022 21:35 (UTC +04:00)

Bakı. Trend:

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin Manqistau vilayətində maye qazın qiymətinin aşağı salınması qərarından sonra nümayişçilərə müraciət edib.

Trend-in "Kazinform"a istinadən verdiyi məlumata görə, dövlət başçısı müraciətini özünün "Twitter" səhifəsində yerləşdirib.

"Hökumət ona verilən səlahiyyətlər çərçivəsində ölkədə sabitliyi təmin etmək üçün Manqistau vilayətində maye qazın qiymətini bir litr üçün 50 təngəyə endirmək qərarına gəlib.

Nümayişçilərə cəmiyyətimizin sabitliyini və birliyini pozmaqda maraqlı olan destruktiv şəxslərin çağırışlarına uymamaları üçün müraciət edirəm. Digər sosial-iqtisadi tələblərə sabah paytaxtda keçiriləcək məsləhətləşmələr də daxil olmaqla ayrıca baxılacaq", - deyə Kasım-Jomart Tokayev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti