Bakı. Trend:
Türkiyənin Muğla vilayətində 4,3 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) xəbər yayıb.
Məlumata əsasən, zəlzələnin ocağı 7,14 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.