...

Bu il dünyada işsizlərin sayı 200 milyonu ötəcək - BMT

Dünya xəbərləri 17 Yanvar 2022 16:08 (UTC +04:00)
Bu il dünyada işsizlərin sayı 200 milyonu ötəcək - BMT

Bakı. Orxan Nəbiyev - Trend:

2022-ci ildə dünyada işsizlərin sayı 207 milyon nəfərə çatacaq ki, bu da pandemiyayaqədərki 2019-cu illə müqayisədə 21 milyon nəfər çoxdur.

Trend-in məlumatına görə, bu barədə BMT-nin Beynəlxalq Əmək Təşkilatının hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, koronavirusun "delta" və "omikron" ştamları qlobal əmək bazarına öz mənfi təsirlərini davam etdirir. Eyni zamanda, pandemiyanın gələcəyi ilə bağlı qeyri-müəyyənlik də qalmaqdadır

Ekspertlər yüksək işsizlik səviyyəsinin azı 2023-cü ilədək davam edəcəyini proqnozlaşdırır.

Qeyd edək ki, 2019-cu ildə dünyada işsizlərin sayı 186 milon nəfərə bərabər idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti