...

İranda qar və daşqına görə 700 kənd yolu bağlanıb

Dünya xəbərləri 19 Yanvar 2022 13:58 (UTC +04:00)
İranda qar və daşqına görə 700 kənd yolu bağlanıb

Bakı. Elnur Bağışov - Trend:

İranda qar, çovğun, sel və daşqınlar nəticəsində 700 kəndin yolları bağlanıb.

Trend-in məlumatına görə, bunu İranın Yol və Nəqliyyat Təşkilatının sədr müavini Rza Əkbəri deyib.

R.Əkbərinin sözlərinə görə, İranın cənubunda yağıntılar nəticəsində yaranan sel və daşqınlar nəticəsində 200 kəndin yolu bağlanıb:

“Qar və çovğun nəticəsində isə şimal və şimal-qərbdə - Ərdəbil, Zəncan, Kürdüstan və Qərbi Azərbaycan vilayətlərində 500 kəndin yolu bağlanıb”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti