...

Türkiyə ilə Salvador arasında əməkdaşlıq üzrə bir sıra razılaşmalar imzalanıb

Dünya xəbərləri 21 Yanvar 2022 03:29
Türkiyə ilə Salvador arasında əməkdaşlıq üzrə bir sıra razılaşmalar imzalanıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Ankarada Türkiyə və Salvador arasında ikitərəfli əməkdaşlıq üzrə altı razılaşma imzalanıb.

Trend-in məlumatına görə, imzalanan razılaşmalar iqtisadiyyat, müdafiə sənayesi və diplomatik kadrların hazırlanması sahəsində əməkdaşlığı nəzərdə tutur.

Məlumata əsasən, sənədlərin imzalanması mərasimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Salvador Prezidenti Nayyib Bukelenin iştirakı ilə baş tutub.

Xatıraldaq ki, Salvador Prezidenti Nayyib Bukele ötən gün Türkiyəyə rəsmi səfərə gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti