...

Avrokomissiya Ukraynanın Aİ-yə üzvlük müraciətinə ən qısa zamanda rəy verəcəyini vəd edib

Dünya xəbərləri Materials 21 Mart 2022 18:00 (UTC +04:00)
Avrokomissiya Ukraynanın Aİ-yə üzvlük müraciətinə ən qısa zamanda rəy verəcəyini vəd edib

Bakı. Trend:

Avropa Komissiyası Ukraynanın Aİ üzvlüyünə namizəd statusunu almağa hazır olması ilə bağlı rəsmi rəyi ən qısa zamanda hazırlayacağını vəd edir.

Trend-in UNİAN-a istinadən verdiyi məlumata görə, bunu genişlənmə və qonşuluq üzrə Avropa komissarı Oliver Varqey deyib.

"Aİ Ukraynaya və onun xalqına yardım göstərməklə dəstəyini davam etdirir. Və biz Ukraynanın üzvlük ərizəsi əsasında rəyin verilməsi üzərində işləməyə başlamışıq. Bacardığımız qədər tez işləyəcəyik", - Varqey bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti