...

Burkina-Fasonun sabiq prezidenti ömürlük həbs cəzasına məhkum edilib

Dünya xəbərləri Materials 6 Aprel 2022 17:32 (UTC +04:00)
Burkina-Fasonun sabiq prezidenti ömürlük həbs cəzasına məhkum edilib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Burkina-Fasoda hərbi tribunal ölkənin sabiq prezidenti Blez Kompaoreni qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edib.

Trend-in məlumatına görə, B.Kompaore sələfi Toma Sankaranın qətlində iştirakda təqsirli bilinib.

Ümumilikdə, 1987-ci ildə dövlət çevrilişi zamanı qətlə yetirilmiş T.Sankaranın ölümü ilə bağlı 10 nəfər mühakimə olunub. İttiham olunanlardan biri general Jilber Dyendere də 2015-ci ildə ömürlük həbs olunmuşdu.

Sabiq prezident Blez Kompaore 1987-ci ildən 2014-cü ilədək Burkina-Fasoya rəhbərlik edib. 2014-cü ildə genişmiqyaslı etirazlardan sonra B.Kompaore ölkəni tərk edərək Kot-d'İvuara gedib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti