...

"Hempel" şirkəti Rusiyadakı biznesindən imtina edir

Dünya xəbərləri Materials 7 Aprel 2022 06:31 (UTC +04:00)

Bakı. Trend:

Danimarkanın boya və lak örtükləri istehsalı ilə məşğul olan "Hempel" şirkəti Rusiya bazarından çıxdığını elan edib.

Trend-in məlumaıtna görə, bu barədə şirkətin rəhbəri Lars Peterssonun açıqlamasında deyilir.

"Mart ayında ticarət mühitinin pisləşməsi ilə əlaqədar Rusiyadakı fəaliyyətimizi dayandırdıq. İndi biz Rusiya Federasiyasındakı biznesimizdən imtina etmək qərarına gəldik. Gələcəkdə Rusiyadakı həmkarlarımızın işlə təmin olunması üçün əlimizdən gələni edəcəyik. Biz regiondakı əməkdaşlarımızın dəstəyinə və təhlükəsizliyinə diqqət yetirməyə davam edirik və bu nəticədən təəssüflənsək də, başqa seçimimiz olmadığını hiss edirik", - deyə L.Petersson bildirib.

Şirkətin ərhbəri qeyd edib ki, "Hempel" 1996-cı ildən Rusiyada fəaliyyət göstərir və bu ölkədə 124 əməkdaşı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti