...

Şri-Lanka xarici öhdəliklərlə bağlı defolt elan edib

Dünya xəbərləri Materials 12 Aprel 2022 11:36 (UTC +04:00)
Şri-Lanka xarici öhdəliklərlə bağlı defolt elan edib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Şri-Lanka Maliyyə Nazirliyi ölkənin xarici borc öhdəliklərinin ödənilməsinin dayandırılmasını elan edib.

Trend-in məlumatına görə, bu barədə nazirliyin qərarında deyilir.

Qeyd olunur ki, Şri-Lankanın xarici bazarlarda buraxılmış bütün istiqrazları, ikitərəfli kredit öhdəlikləri barədə defolt elan olunub.

Həmçinin, kommersiya bankları və digər kredit təşkilatları ilə xarici valyutada qeydə alınmıç kredit sazişləri üzrə bütün ödənişlər dayandırılıb.

Qeyd edək ki, Şri-Lankada mart ayında inflyasiya artımı 17 faiz təşkil edib. Ölkədə davam edən iqtisadi böhranla mübarizə üçün yeni borcların alınmasına ölkənin mövcud 35 milyard dollarlıq xarici borcu mane olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti