...

Rusiyanın avrobondlar üzrə rublla ödənişləri defolt sayıla bilər - Moody's

Dünya xəbərləri Materials 15 Aprel 2022 04:02 (UTC +04:00)
Rusiyanın avrobondlar üzrə rublla ödənişləri defolt sayıla bilər - Moody's

Bakı. Trend:

Rusiyanın 2022 və 2042-ci illərdə vaxtı çatan avrobondlar üzrə ödənişləri dollar əvəzinə rublla həyata keçirməsi istiqraz buraxılışının şərtlərində dəyişiklikdir.

Trend xəbər verir ki, bu barədə Moody's beynəlxalq reytinq agentliyindən bildirilib.

Məlumata əsasən, güzəşt müddətinin sonuna qədər, yəni mayın 4-dək vəziyyət düzəlməzsə, bu addım defolt hesab edilə bilər.

Xatırladaq ki, Rusiya Federasiyasının Maliyyə Nazirliyi ABŞ-ın xarici borclara xidmət üçün dondurulmuş valyuta ehtiyatlarından istifadəyə qadağası fonunda aprelin 4-də “Rusiya-2022” və “Rusiya-2042” emissiyaları üzrə ödənişləri rublla həyata keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti