...

BMW Almaniyada daha bir zavodun fəaliyyətini müvəqqəti dayandırıb

Dünya xəbərləri Materials 25 Aprel 2022 15:58 (UTC +04:00)
BMW Almaniyada daha bir zavodun fəaliyyətini müvəqqəti dayandırıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın BMW şirkəti ölkənin cənubundakı Regensburq şəhərindəki avtomobil zavodunun fəaliyyətini bir həftə müddətinə dayandırıb.

Trend-in məlumatına görə, şirkətin mətbuat xidməti bildirib.

Qeyd olunur ki, zavodun işi Ukraynada istehsal olunan yarımkeçiricilərin qıtlığı ilə əlaqədar dayandırılıb. Bir həftdən sonra zavodun işinin bərpa olunub-olunmyacağı məlum deyil.

BMW-nin Regensburq zavodunda gündəlik olaraq minə yaxın X1, X2 və 1 modelləri istehsal olunurdu.

Bundan əvvəl BMW Münhen, Dinqolfinq və Ştayr şəhərlərində zavodların işini müvəqqəti dayandırmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti