...

Putin Rusiyanın cavab sanksiyaları ilə bağlı yeni fərman imzalayıb

Dünya xəbərləri Materials 3 May 2022 14:44 (UTC +04:00)
Putin Rusiyanın cavab sanksiyaları ilə bağlı yeni fərman imzalayıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin bir sıra ölkələrin "dost olmayan addımlarına" cavab olaraq yeni iqtisadi tədbirlərin görülməsi barədə fərman imzalayıb.

Trend-in məlumatına görə, bu fərman Rusiyanın hüquqi informasiya üzrə rəsmi portalında yerləşdirilib.

Qeyd olunur ki, fərmana əsasən, Rusiyanın cavab sanksiyalarına düşmüş xarici fiziki və hüquqi şəxslərlə sövdələşmələr imzalamaq və onların qarşısında öhdəlikləri icra etmək qadağan edilir.

Bundan başqa, fərman həmin şəxslərin xeyrinə Rusiyadan xammal və məhsul çıxarılmasının qadağan olunmasını nəzərdə tutur.

Xatırladaq ki, bir sıra Qərb ölkələri fevral ayından etibarən Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatlara cavab olaraq silsilə iqtisadi sanksiyalar tətbiq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti