...

Qum fırtınası səbəbindən İraqda məktəblər bağlanıb, uçuşlar təxirə salınıb

Dünya xəbərləri Materials 17 May 2022 08:54 (UTC +04:00)
Qum fırtınası səbəbindən İraqda məktəblər bağlanıb, uçuşlar təxirə salınıb

Bakı. Trend:

İraqda güclü qum fırtınası səbəbindən bəzi dövlət məktəbləri, ofislər bağlanıb, Bağdad Beynəlxalq Hava Limanında uçuşlar dayandırılıb.

Trend "Reuters" agentliyinə istinadla xəbər verir ki, paytaxt Bağdadda, səhiyyə xidmətləri istisna olmaqla, dövlət qurumlarında istirahət günü elan edilib.

Yerli səhiyyə orqanlarının məlumatına görə, paytaxt və ölkənin cənubunda yüzlərlə insan nəfəs almaqda çətinlik problemi ilə xəstəxanalara müraciət edib

Bağdad Beynəlxalq Hava Limanından yaydığı açıqlamada, görmə məsafəsinin aşağı olması səbəbindən hava məkanını bağladığını və bütün uçuşları növbəti bildirişə qədər dayandırdığını bildirib.

BMT-nin məlumatına görə, İraq iqlim böhranından əziyyət çəkən ölkələr sırasında beçincidir. Quraqlıq və həddindən artıq yüksək temperatur əkin sahələrini qurudur və İraqın böyük bir hissəsini yay aylarında yaşamaq üçün çətin vəziyyətə salır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti