...

Fransada qeyri-sabit hava şəraiti insan tələfatına yol açıb

Dünya xəbərləri Materials 5 İyun 2022 02:13 (UTC +04:00)
Fransada qeyri-sabit hava şəraiti insan tələfatına yol açıb

Bakı. Trend:

Fransanın əksər ərazilərində müşahidə olunan tufanlar ölkənin şimalındakı Rouen şəhərində bir nəfərin həyatına son qoyub.

Trend xəbər verir ki, bu barədə yerli BFM telekanalına şəhər meriyasından bildirilib.

Qeyd olunur ki, həyatını itirən qadın selin qurbanı olub.

Fransanın daxili işlər naziri Cerald Darmanen bildirib ki, əlverişsiz hava şəraiti ilə əlaqədar xilasedicilər ölkə üzrə 750 çağırış üzrə çıxış. həyata keçirib.

Meteroloqlar Fransanın 96 departamentində narıncı hava xəbərdarlığı elan edib. Bu cür hava şəraitinin bazar günü səhər saatlarına qədər davam edəcəyi proqnoz edilir.

Xatırladaq ki, Fransanın bir neçə bölgəsində dolu ilə müşayiət olunan qeyri-sabit hava şəraiti hökm sürür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti