...

Serbiya və Türkiyə vətəndaşları şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər edə biləcəklər

Dünya xəbərləri Materials 10 İyun 2022 04:31 (UTC +04:00)

Bakı. Trend:

Serbiya və Türkiyə vətəndaşları şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər edə biləcəklər.

Trend xəbər verir ki, Serbiya hökuməti Türkiyə ilə vətəndaşların şəxsiyyət vəsiqəsi əsasında sərhəddən keçidinin həyata keçirilməsinə dair qərar qəbul edib.

Bildirilib ki, iki ölkə arasında əlaqələrin inkişafı naminə imzalanan müqaviləyə əsasən, Serbiya və Türkiyə vətəndaşları şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər edə biləcəklər.

Bu tətbiqin hər iki ölkənin iqtisadiyyatına əlavə dəyər qatacağı, qarşılıqlı turist axınının artmasına təkan verəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti