...

ABŞ Finlandiya və İsveçin NATO-ya üzv olmaq üçün müraciətlərini təsdiqləyib

Dünya xəbərləri Materials 10 İyun 2022 06:27 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Senatının Xarici Əlaqələr Komitəsi cümə axşamı yekdilliklə NATO-nu Finlandiya və İsveçi tez bir zamanda alyansa qəbul etməyə çağıran qətnamə qəbul edib.

Trend xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə komitənin üzvü Cim Riş bildirib.

Onun sözlərinə görə, Komitənin bu qətnaməni qəbul etməsi Finlandiya və İsveçin NATO-ya qoşulmasına ikipartiyalı dəstəyin, Alyansın gücləndirilməsinin vacibliyinin sübutudur.

"Finlandiya və İsveçin çoxəsrlik siyasi və hərbi ənənələri bu ölkələri hərbi-siyasi bloka qoşulmaq üçün ideal namizədlər edir. Yaxın vaxtlarda ABŞ Senatı bu ölkələrin köməyi ilə alyansın genişləndirilməsi ilə bağlı da qətnamə qəbul edəcək", - Cim Riş bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti