...

Çexiyada meteoroloji müşahidələr tarixində görünməmiş istilər qeydə alınıb

Dünya xəbərləri Materials 20 İyun 2022 05:29 (UTC +04:00)
Çexiyada meteoroloji müşahidələr tarixində görünməmiş istilər qeydə alınıb

Bakı. Trend:

Çexiyada təxminən üç yüz illik meteoroloji müşahidələr ərzində ən yüksək hava temperaturu bazar günü qeydə alınıb - 39 dərəcə.

Trend xəbər verir ki, bu barədə bazar ertəsi Çexiya Hidrometeorologiya İnstitutu məlumat yayıb.

Praqa yaxınlığındakı Rjej qəsəbəsində hava 39 dərəcəyə qədər isinib. Çexiyanın paytaxtında termometrin civə sütunu 36,9 dərəcəyə qalxıb ki, bu da rekord göstərici olub.

Ölkədə istilər, meteoroloqların məlumatına görə, yaxın günlərdə də davam edəcək. Sinoptiklər respublikada quraqlıq təhlükəsi barədə xəbərdarlıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti