...

İranda Milli Bankı qarət edənlər saxlanılıb, onlardan 90 kq qızıl götürülüb

Dünya xəbərləri Materials 21 İyun 2022 13:56 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Tehranda Milli Bankın filialını qarət edən 10 nəfər ölkə daxilində saxlanılıb.

Trend-in məlumatına görə, bunu Tehran polisinin rəisi general Hüseyn Rəhimi jurnalistlərə açıqlamasında deyib. Bundan əlavə İnterpol vasitəsi ilə 3 nəfər digər ölkələrdə saxlanılıb və yaxın günlərdə İrana gətiriləcək.

Həmin şəxslərdən 90 kiloqramdan çox qızıl və zinət əşyaları götürülüb.

H.Rəhiminin sözlərinə görə, qızıl və zinət əşyaları artıq İranın Milli Bankına təhvil verilib və tezliklə öz sahiblərinə qaytarılacaq.

Qeyd edək ki, iyunun 6-da İran Milli Bankının Tehran Universiteti filialında 250 əmanət kassasından 162-i qarət olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti