...

Dünyada koronavirusa yoluxanların sayı 540 milyonu ötüb

Dünya xəbərləri Materials 28 İyun 2022 00:30 (UTC +04:00)
Dünyada koronavirusa yoluxanların sayı 540 milyonu ötüb

Trend-i buradan izləyin

Bakı. Trend:

Dünyada koronavirusa yoluxanların sayı 540 milyonu, yoluxma nəticəsində ölənlərin sayı isə 6,32 milyonu ötüb.

Trend xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının bazar ertəsi yaydığı məlumatda deyilir.

Qeyd olunur ki, pandemiyanın başlamasından indiyədək 540 923 532 nəfər infeksiyaya yoluxub, onlardan 6 325 785 nəfər ölüb.

Beləliklə, təşkilatın son bülleteninin dərc edildiyi iyunun 23-dən sonra yoluxanların sayı 1 590 289 nəfər, ölənlərin sayı 2 989 nəfər artıb.

Dünya ölkələri arasında koronavirusa yoluxmuş insanların sayına görə ABŞ 85 673 420 yoluxma sayı ilə ilk pillədə qərarlaşıb. İlk üçlüyə Hindistan (43 407 046) və Braziliya (31 890 733) daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti