Bakı. Trend:
Ukrayna dövlət büdcəsinin maliyyələşdirmə paketi çərçivəsində ABŞ-dan 1,3 milyard dollarlıq qrant alıb.
Trend xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal özünün "Twitter" səhifəsində yazıb.
"Biz ABŞ prezidenti Co Baydenə misilsiz dəstəyə görə təşəkkür edirik. <...> 7,5 milyard dollarlıq dövlət büdcəsinin maliyyələşdirilməsi paketinin bir hissəsi kimi 1,3 milyard dollarlıq qrant aldıq", - deyə baş nazir bildirib.
D.Şmıqal həmçinin Dünya Bankının operativ qərarlarına və ayrıca Dünya Bankı Qrupunun prezidenti Devid Malpasa təşəkkürünü bildirib.