...

Yaponiyanın cənub-qərbində 17 minə yaxın sakin təxliyyə xəbərdarlığı alıb

Gündəm Materials 4 İyul 2022 07:16 (UTC +04:00)
Yaponiyanın cənub-qərbində 17 minə yaxın sakin təxliyyə xəbərdarlığı alıb

Bakı. Trend:

Yaponiyanın Miyazaki prefekturasının ən azı 16 900 sakini yerli hakimiyyət orqanlarından təcili təxliyə ilə bağlı xəbərdarlıq alıb.

Trend-in məlumatına görə, bu barədə "NHK" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, təxliyə xəbərdalığına səbəb "Aere" tayfunun yaxınlaşması ilə əlaqədar ərazidə başlayan güclü leysan yağışları olub.

Yaponiya Meteorologiya Bürosunun məlumatına görə, tayfun iyulun 5-də Miyazaki prefekturasının yerləşdiyi cənub-qərb Kyuşu adasına çata bilər. Bundan sonra, proqnoza görə, tayfun şərq istiqamətində keçəcək və Yaponiyanın mərkəzi hissəsinə, o cümlədən Tokioya təsir göstərə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti