Bakı. Trend:
Türkiyə ordusu Suriyanın şimalında YPG terror təşkilatının (PKK terror təşkilatının Suriya qanadı - red.) iki üzvünü zərərsizləşdirib.
Trend xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Məlumata əsasən, zərərsizləşdirilən terrorçular "Sülh çeşməsi" əməliyyatı zonasına hücum planlayırmışlar.
Buna cavab olaraq terrorçuların olduğu mövqeyə artilleriya zərbəsi endirilib.