Bakı. Trend:
Avropa İttifaqı, fiziki şəxslərə məhdudiyyətlər və əməkdaşlığın texnoloji hissəsinə yönəlmiş iqtisadi tədbirlər daxil olmaqla, Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır.
Trend-in məlumatına görə, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə nazirlər toplantısından sonra jurnalistlərə bildirib.
"[Avropa İttifaqı] Şurası ayrı-ayrı şəxslərə qarşı yeni sanksiyalar paketini araşdırır, indi onların adını çəkə bilmərəm, həmçinin Rusiya ilə münasibətlərimizin texnoloji hissəsinə yönəlmiş iqtisadi sanksiyaların tətbiqini araşdırır," - deyə o qeyd edib.
.