...

Rusiyada təyyarənin yaşayış binasının həyətinə düşməsi nəticəsində ölənlərin sayı 13-ə çatıb (VİDEO) (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 18 Oktyabr 2022 07:11 (UTC +04:00)

Bakı. Trend:

Rusiaynın Yeysk şəhərində təyyarənin yaşayış binasının həyətinə düşməsi nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı "TASS"a Rusiyanın Fövqəladə Hallar Nazirliyindən bildirilib.

"Xilasedicilər dağıntıların təmizlənməsi işləsini başa çatdırıblar. Axtarış-xilasetmə əməliyyatları zamanı daha 10 nəfərin meyiti tapılıb. Beləliklə, həlak olanların ümumi sayı 3-ü uşaq olmaqla 13 nəfərə çatıb. Hadisə nəticəsində 19 nəfər xəsarət alıb", - FHN-dən bildirilib.

Xatırladaq ki, bazar ertəsi Yeysk şəhərində Su-34 hərbi təyyarəsi qəzaya uğrayıb. Təyyarə yaşayış binasının həyətinə düşüb, nəticədə ətrafa dağılan yanacaq alışıb və alov yaxınlıqdakı yaşayış binasına keçib. Yanğın yaşayış binasının bütün doqquz mərtəbəsini əhatə edib, 100 nəfər təxliyə edilib.

XXX

01:02

Rusiaynın Yeysk şəhərində təyyarənin yaşayış binasının həyətinə düşməsi nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı "TASS"a Rusiya Fövqəladə Hallar Nazirliyinin Regional Baş İdarəsinin mətbuat xidmətindən bildirilib.

Eyni zamanda, 19 nəfərin xəsarət aldığı qeyd olunub.

Xatırladaq ki, bazar ertəsi Yeysk şəhərində Su-34 hərbi təyyarəsi qəzaya uğrayıb. Təyyarə yaşayış binasının həyətinə düşüb, nəticədə ətrafa dağılan yanacaq alışıb və alov yaxınlıqdakı yaşayış binasına keçib. Yanğın yaşayış binasının bütün doqquz mərtəbəsini əhatə edib, 100 nəfər təxliyə edilib.

XXX

22:40

Rusiaynın Yeysk şəhərində təyyarənin yaşayış binasının həyətinə düşməsi nəticəsində 4 nəfər həlak olub.

Trend "TASS"a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi bölgənin operativ qərargahının "Telegram" kanalında deyilir.

Eyni zamanda, 25 nəfərin xəsarət aldığı da qeyd edilir.

Xatırladaq ki, bazar ertəsi Yeysk şəhərində Su-34 hərbi təyyarəsi qəzaya uğrayıb. Təyyarə yaşayış binasının həyətinə düşüb, nəticədə ətrafa dağılan yanacaq alışıb və alov yaxınlıqdakı yaşayış binasına keçib. Yanğın yaşayış binasının bütün doqquz mərtəbəsini əhatə edib, 100 nəfər təxliyə edilib.

XXX

22:15

Rusiaynın Yeysk şəhərində təyyarənin yaşayış binasının həyətinə düşməsi nəticəsində 3 nəfər həlak olub.

Trend "TASS"a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi özünün "Telegram" kanalında Krasnodar diyarının qubernatorunun müavini Anna Minkova yazıb.

"Xəsarət alanlar üzrə: 3-ü uşaq olmaqla 10 nəfər. Ağır - 7 böyük və 1 uşaq. 3 nəfərin ölümü təsdiqlənib", - deyə A.Minkova bildirib. Daha sonra regionun Fövqəladə Hallar Nazirliyi 21 nəfərin xəsarət aldığını bildirib.

Xatırladaq ki, bazar ertəsi Yeysk şəhərində Su-34 hərbi təyyarəsi qəzaya uğrayıb. Təyyarə yaşayış binasının həyətinə düşüb, nəticədə ətrafa dağılan yanacaq alışıb və alov yaxınlıqdakı yaşayış binasına keçib. Yanğın yaşayış binasının bütün doqquz mərtəbəsini əhatə edib, 100 nəfər təxliyə edilib.

XXX

21:49

Rusiaynın Yeysk şəhərində təyyarənin yaşayış binasının həyətinə düşməsi nəticəsində 2 nəfər həlak olub, 19 nəfər isə xəsarət alıb.

Trend xəbər verir ki, bu barədə bazar ertəsi "TASS"a tibbi xidmətlərdəki mənbə məlumat verib.

Məlumata əsasən, xəsarət alanlardan dördünün vəziyyəti ağırdır.

Xatırladaq ki, bazar ertəsi Yeysk şəhərində Su-34 hərbi təyyarəsi qəzaya uğrayıb. Təyyarə yaşayış binasının həyətinə düşüb, nəticədə ətrafa dağılan yanacaq alışıb və alov yaxınlıqdakı yaşayış binasına keçib. Yanğın yaşayış binasının bütün doqquz mərtəbəsini əhatə edib, 100 nəfər təxliyə edilib.

XXX

21:25

Rusiaynın Yeysk şəhərində təyyarənin yaşayış binasının həyətinə düşməsi nəticəsində 2 nəfər həlak olub, 15 nəfər isə xəsarət alıb.

Trend xəbər verir ki, bu barədə bazar ertəsi "TASS"a Rusiya Fövqəladə Hallar Nazirliyinin Regional Baş İdarəsinin mətbuat xidmətindən bildirilib.

"Yeyskdə təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb, 15 nəfər yaralanıb", - deyə mətbuat xidmətindən bildiriblər.

XXX

20:00

Rusiyanın Krasnodar vilayətinin Yeysk şəhərində hərbi təyyarə yaşayış binasının həyətinə düşüb.

Trend xəbər verir ki, "Su-34" təyyarəsi Yeysk şəhərinin Kommunist küçəsində yaşayış binasının həyətinə düşdükdən sonra yanğın 9 mərtəbəli binaya keçib. İlkin məlumata görə, yanğın binanın 15 mənzilini bürüyüb. Təyyarənin heyəti katapulta olub.

Həlak olan və yaralananlar barədə hələlik məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti