...

"Apple" şirkəti yeni 16 düymlük "iPad" hazırlayır

Dünya xəbərləri Materials 26 Oktyabr 2022 21:14 (UTC +04:00)
"Apple" şirkəti yeni 16 düymlük "iPad" hazırlayır

Bakı. Trend:

"Apple" şirkəti yeni 16 düymlük "iPad" üzərində işləyir.

Trend-in məlumatına görə, bu barədə "The Information" xəbər portalı mənbələrə istinadən xəbər verib.

Məlumata əsasən, "Apple" 2023-cü ilin dördüncü rübündə şirkətin ən böyük planşetini təqdim edə biləcəyinə ümid edir.

Hazırda "Apple" planşetlərinin maksimal diaqonal ekran ölçüsü 12,9 düymə çatır. Qeyd edilib ki, diaqonalı 16 düym olan ekran hazırda "Macbook" üçün maksimum sayılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti