Bakı. Trend:
Çin hökuməti ölkənin mərkəzi hissəsində yerləşən Çjençjou şəhərini koronavirusa yoluxma hallarının artması ilə əlaqədar karantinə bağlayıb.
Trend-in məlumatına görə, bu barədə Çjençjou iqtisadi zonasının bugünkü açıqlamasında deyilir.
Qeyd edək ki, həmin bölgədə ən iri "iPhone" istehsalçısı hesab olunan "Foxconn" şirkətinin zavodu yerləşir.
Ötən həftə "Foxconn"un 20 minə yaxın əməkdaşının COVID-19-a yoluxduğu xəbər verilmişdi.
Karantinə alınan şəhərə bütün giriş-çıxışlar bağlanıb, nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Karantin rejimi noyabrın 2-dən 9-dək davam edəcək.