Bakı. Trend:
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian çərşənbə günü Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel ilə telefon danışığı aparıb.
Trend xəbər verir ki, bu barədə çərşənbə günü İran XİN-in saytında yerləşdirilən açıqlamada deyilir.
İranın xarici işlər naziri Avropa diplomatiyasının rəhbərini əmin edib ki, Tehran konstruktiv danışıqlara hazırdır və Vaşinqtonla razılığa gəlməkdə maraqlıdır. Bundan əlavə, nazir bildirib ki, İran Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə texniki əməkdaşlıq sazişləri üzrə öhdəliklərini yerinə yetirməyə davam edir.
J.Borrell, öz növbəsində, Vyana danışıqlarının iştirakçılarının yekun razılığa gəlməsinə qədər Aİ-nin lazımi səyləri göstərəcəyini vurğulayıb. O, həmçinin qeyd edib ki, İranın nüvə sazişinin bərpası perspektivlərinə nikbinliklə baxır.