Bakı. Trend:
Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında "Fərat qalxanı" və "Sülh bulağı" antiterror əməliyyatı bölgələrində 5 terrorçu zərərsizləşdirib.
Trend-in məlumatına görə, bu barədə bu gün Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.
Qeyd olunub ki, türk hərbçilərə qarşı hücum hazırlığında olan PKK terrorçularının qarşısı alınıb. Endirilən zərbə nəticəsində 5 nəfər zərərsizləşdirilib.
Nazirlik bölgədə antiterror əməliyyatının davam etdiyini bildirib.