...

Aİ Türkiyəyə taxıl sazişindəki roluna görə təşəkkür edib

Dünya xəbərləri Materials 6 Noyabr 2022 02:29 (UTC +04:00)
Aİ Türkiyəyə taxıl sazişindəki roluna görə təşəkkür edib

Bakı. Trend:

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Türkiyəyə Ukraynadan taxıl ixracının davam etdirilməsində oynadığı rola görə təşəkkür edib.

Trend xəbər verir ki, J.Borrel bunu şənbə günü BƏƏ-də keçirilən "Sin Bani Yas" forumu çərçivəsində Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu ilə görüşündə deyib.

Sosial şəbəkələrdə görüşü şərh edən J.Borrell Ukrayna taxılının dünya bazarına çıxarılmasını təmin edən sazişdəki roluna görə Türkiyəyə təşəkkür etdiyini bildirib.

O qeyd edib ki, saziş ərzaqdan silah kimi istifadənin qarşısını almaq və qlobal ərzaq böhranını həll etmək məqsədi daşıyır.

J.Borrell əlavə edib ki, o, həmçinin M.Çavuşoğlu ilə qarşılıqlı maraq doğuran digər məsələləri, o cümlədən Şərqi Aralıq dənizindəki vəziyyəti müzakirə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti