...

İstanbulda binada partlayış olub, 10 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 16 Noyabr 2022 23:51 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin İstanbul vilayətində yerləşən 3 mərtəbəli binada təbii qaz sızması nəticəsində partlayış baş verib.

Trend-in məlumatına görə, hadisənin İstanbulun Fatih rayonunda İstanbul qaz paylama şirkətinin (İGDAŞ) əməkdaşlarının infrastruktur işləri zamanı baş verməsi iddia edilir.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən, təcili tibbi yardım briqadaları və polis əməkdaşları göndərilib. Partlayış nəticəsində 10 nəfər xəsarət alıb. Partlayışdan sonra çıxan yanğın yanğınsöndürənlər tərəfindən qısa müddətdə söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti