...

Ukrayna ərzaqlarını Çin, Cənubi Koreya, Misir və Belçikaya beş gəmi çatdıracaq

Dünya xəbərləri Materials 20 Noyabr 2022 02:36 (UTC +04:00)
Ukrayna ərzaqlarını Çin, Cənubi Koreya, Misir və Belçikaya beş gəmi çatdıracaq

Bakı. Trend:

Birgə Koordinasiya Mərkəzi "taxıl sazişi"nin 2023-cü il martın 18-dək uzadılması ilə əlaqədar şənbə günü naviqasiya təlimatını yeniləyib.

Trend-in məlumatına görə, bu barədə Koordinasiya Mərkəzindən bildirilib.

"Bu gün Koordinasiya Mərkəzi Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində yaradılmış dəniz humanitar dəhlizinin fəaliyyəti üçün naviqasiya təlimatını yeni müddətə uzadıb. Buraya Mərmərə dənizindəki lövbər ərazilərində gücləndirilmiş yoxlama daxildir", - deyə qeyd olunub.

Qeyd olunur ki, “Türkiyə hakimiyyəti tərəfindən verilən yeni təlimat bu gün, noyabrın 19-da qüvvəyə minib və 2023-cü il martın 18-dək qüvvədə olacaq”.

Təşəbbüs çərçivəsində şənbə günü beş quru yük gəmisi ümumilikdə 244 143 ton taxıl və digər ərzaq daşıyan Ukrayna limanlarını tərk edib.

“Captain Adams” (62 min ton qarğıdalı) və “Tasos” (65 min ton buğda) adlı iki gəmi Koreya Respublikasına yollanıb. “Panagia Kanala” gəmisi Belçikaya 44,9 min ton raps tədarük edəcək. “Odysseus N” quru yük gəmisi Çinə 62 843 ton günəbaxan cecəni daşıyacaq. “Annabella” gəmisi Misirə 9,4 min ton soya paxlasını daşıyacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti