...

İspaniyanın Müdafiə Nazirliyinə içərisində partlayıcı olan zərf göndərildi

Dünya xəbərləri Materials 1 Dekabr 2022 15:16 (UTC +04:00)
İspaniyanın Müdafiə Nazirliyinə içərisində partlayıcı olan zərf göndərildi

Bakı. Trend:

İspaniya Müdafiə Nazirliyinə içərisində partlayıcı qurğu olan zərf göndərilib.

Trend xəbər verir ki, bu barədə "El Mundo" qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, zərf nazirliyə ölkə ərazisindən göndərilib.

Xatırladaq ki, bundan əvvəl Torrehon-de-Ardos şəhərindəki aviabazada içərisində partlayıcı qurğu olan paket tapılıb.

Bundan başqa, dünən Ukraynanın Madriddəki səfirliyində içərisində kiçik ölçülü əldəqayırma partladıcı maddə olan zərf partlayıb və nəticədə bir nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti