...

Tokio, London və Roma gələn həftə birgə qırıcı təyyarə hazırlayacaqlarını elan edə bilərlər

Dünya xəbərləri Materials 2 Dekabr 2022 08:22 (UTC +04:00)
Tokio, London və Roma gələn həftə birgə qırıcı təyyarə hazırlayacaqlarını elan edə bilərlər

Bakı. Trend:

Yaponiya, Böyük Britaniya və İtaliyanın hakimiyyət orqanları yeni nəsil qırıcının birgə hazırlanmasına dair razılaşmanı gələn həftə elan edə bilər.

Trend xəbər verir ki, bu barədə cümə günü mənbələrə istinadən "Reuters" agentliyi məlumat yayıb.

Məlumata əsasən, beləliklə, Yaponiya ilk dəfə olaraq ABŞ-ı cəlb etmədən böyük bir müdafiə layihəsi ilə məşğul olacaq. Öz növbəsində Böyük Britaniya tərəfinin qırıcının hazırlanmasında iştirakı Londonun Asiya regionunda əhəmiyyətini artıra bilər.

Qeyd edilir ki, layihədə aparıcı rol Yaponiyanın "Mitsubishi Heavy Industries" və Böyük Britaniyanın "BAE Systems" şirkətlərinə həvalə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti