...

Yeni Zelandiyada güclü zəlzələ olub

Dünya xəbərləri Materials 2 Dekabr 2022 11:53 (UTC +04:00)

Bakı. Trend:

Yeni Zelandiyada 5,1 bal gücündə zəlzələ olub.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Avstraliya Dövlət Geoloji Bürosu məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 160 minədək insanın yaşadığı Hamilton şəhərindən təxminən 97 km aralıda, zəlzələ ocağı 162 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti