...

Türkiyə sahillərində zəlzələ baş verib

Dünya xəbərləri Materials 8 Dekabr 2022 07:06 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə sahillərində 4 bal gücündə zəlzələ baş verib.

Trend xəbər verir ki, bu barədə çərşənbə günü ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanların episentri Aydın vilayətinin Kuşadası körfəzində, ocağı isə 7 kilometr dərinlikdə yerləşib.

Zəlzələ İzmir, Aydın və ətraf vilayətlərdə də hiss olunub.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti