Bakı. Trend:
Serbiya Prezidenti Aleksandr Vuçiç ölkənin müdafiə naziri Miloş Vuçeviç, eləcə də Baş Qərargah rəisi Milan Moysiloviçlə təcili danışıqlar aparıb.
Trend xarici mediaya istinadən xəbər verir ki, bu barədə Vuçiç özü məlumat verib. Danışıqlar Kosovonun şimalında və Metoxiyadakı vəziyyət fonunda aparılıb.
Qeyd edək ki, Kosovo polisinin 200-300 silahlı zirehli texnikası serblərin məskunlaşdığı Kosovanın şimalına və Metoxiyaya hücum edərək Kosovska Mitroviçanı mühasirəyə alıb.