...

Dünya birjalarında neftin qiyməti bahalaşıb

Dünya xəbərləri Materials 13 Dekabr 2022 10:01 (UTC +04:00)
Dünya birjalarında neftin qiyməti bahalaşıb

Bakı. Trend:

Dünya birjalarında neftin qiyməti bahalaşıb.

Trend xəbər verir ki, Brent markalı neftin fevral fyuçerslərinin qiyməti 1,41% artaraq 79,09 dollar/barelə, WTI markalı neftin yanvar fyuçersləri 1,37% artaraq 74,17 dollara çatıb.

Bu müddət ərzində Brent markalı neftin fevral fyuçerslərinin qiyməti 11,03%, WTI-nin yanvar fyuçersləri 11,67% ucuzlaşmışdı.

Bazarlar dünyanın ən böyük neft idxalçıları və istehlakçılarından biri olan Çində karantin məhdudiyyətlərinin yumşaldılmasından sonra neftə tələbatın artım perspektivlərini qiymətləndirirlər.

Treyderlər, həmçinin, Kanada və ABŞ-dan keçən "Keystone Pipeline System" boru kəmərində sızma səbəbindən neft nəqlinin dayandırılması ilə bağlı son xəbərlər fonunda "qara qızıl"ın tədarükünün azalması ehtimalını qiymətləndirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti