...

Bir qrup ABŞ senatoru Baydendən F-16 təyyarələrinin Türkiyəyə satışını təxirə salmağı istəyib

Dünya xəbərləri Materials 3 Fevral 2023 01:12 (UTC +04:00)
Bir qrup ABŞ senatoru Baydendən F-16 təyyarələrinin Türkiyəyə satışını təxirə salmağı istəyib

Bakı. Trend:

Bir qrup ABŞ senatoru ölkə prezidenti Co Baydenə məktub ünvənlayıb və bu məktubda Ankaranın İsveç və Finlandiyanın NATO üzvlüyünü hələ də ratifikasiya etmədiyi üçün F-16-ların Türkiyəyə satışını təxirə salmasını istəyib.

Trend xəbər verir ki, bu barədə demokrat senator Cinn Şeyhinin saytında dərc olunmuş məktubda deyilir.

"Konqres Türkiyə üzvlük protokollarını ratifikasiya edənə qədər F-16 təyyarələrinin satışı da daxil olmaqla, Türkiyəyə əlavə dəstəyi nəzərdən keçirə bilməz", - deyə məktubda bildirilir.

C.Şeyhin məktubu senator Tom Tillislə birlikdə göndərib. Məktubu hər iki partiyanın 25 senatoru da imzalayıb.

Məktubda qeyd edilir ki, Türkiyə ilə məhsuldar və qarşılıqlı faydalı təhlükəsizlik münasibətləri ABŞ-ın maraqlarına uyğundur, lakin Ankaranın hazırkı mərhələdə İsveç və Finlandiyanın NATO-ya daxil olmasını ratifikasiya etmək istəməməsi diqqətdən kənarda qala bilməz.

Məktub müəllifləri hesab edirlər ki, Konqres Türkiyəyə F-16 təyyarələrinin satışı məsələsinə yalnız Türkiyə Skandinaviya ölkələrinin NATO-ya daxil olmasını ratifikasiya etdikdən sonra baxa biləcək. Eyni zamanda, bu baş verməsə, satış sual altında olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti