...

ABŞ Çin aerostatını vurub

Dünya xəbərləri Materials 5 Fevral 2023 00:32 (UTC +04:00)
ABŞ Çin aerostatını vurub

Bakı. Trend:

ABŞ ordusu şənbə günü Atlantik okeanı üzərində, Cənubi Karolina sahillərində Amerika hava məkanına düşən Çin aerostatını vurub.

Trend-in məlumatına görə, bu barədə "Associated Press" agentliyi xəbər verib.

Əməliyyatı "Fox News" televiziya kanalına mənbələr də təsdiqləyib.

Öz növbəsində ABŞ Federal Aviasiya İdarəsi aerostatın vurulduğu ərazidə uçuşlara qadağa qoyulmasını yerli vaxtla şənbə günü saat 17:15-ə qədər uzadıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti