...

Qətər əmiri Türkiyəyə yola düşüb

Dünya xəbərləri Materials 12 Fevral 2023 13:29 (UTC +04:00)
Qətər əmiri Türkiyəyə yola düşüb

Bakı. Trend:

Qətər əmiri Təmim bin Həməd Al Tani Dohadan Türkiyəyə yola düşüb.

Trend-in məlumatına görə, bu barədə Qətərin "QNA" xəbər agentliyi bildirib.

Məlumata əsasən, o Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməyi planlaşdırır.

Qətər əmiri episentri Kahramanmaraşda olan dağıdıcı zəlzələlərdən sonra Türkiyəyə səfər edən ilk ölkə lideri olacaq.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti