Bakı. Trend:
Suriyanın şimalındakı Hələb şəhərində qonşu Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə ev dağılıb.
Trend xəbər verir ki, bu barədə "Al Ekhbariya" telekanalına açıqlamasında "Ar-Razi" xəstəxanasının baş həkimi məlumat verib.
Xatırladaq ki, Türkiyənin Hatay əyalətində 6,4 və 5,8 bal gücündə zəlzələlər baş verib.
Hazırda olan məlumata əsasən, zəlzələ nəticəsində 1 nəfər həlak olub, 8 nəfər xəsarət alıb.