...

İndoneziyada yanacaq anbarında güclü yanğın baş verib

Dünya xəbərləri Materials 3 Mart 2023 21:19 (UTC +04:00)
İndoneziyada yanacaq anbarında güclü yanğın baş verib

Bakı. Trend:

İndoneziyanın Cakarta şəhərində "Petramina" şirkətinin yanacaq anbarında gecə baş verən yanğında ölənlərin sayı 16-ya çatıb.

Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi xilasedicilərə istinadən bildirib.

Məlumata əsasən, onlarla insan ciddi yanıq xəsarətləri alıb. Yaralananların xəstəxanalara çatdırılması davam edir.

Bundan əvvəl İndoneziyanın “Kompas” qəzeti hadisə yerindəki operativ qərargahın lövhəsinə adları yazan xilasedicilərə istinadən yanğında 13 nəfərin öldüyü barədə məlumat yayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti