...

Fransanın dövlət qurumlarında "TikTok", "Instagram" və "Twitter" qadağan edilib

Dünya xəbərləri Materials 27 Mart 2023 10:10 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Fransa dövlət qurumlarının kibertəhlükəsizliyini təmin etmək üçün bəzi yeni tədbirlər görüb. Beləki, dövlət tərəfindən istifadəyə verilən xidməti smartfonlarda "TikTok", "Twitter" və "Instagram" kimi “əyləncə” proqramlarından istifadə qadağandır.

Trend-in məlumatına görə, xidməti telefonlarda Fransanın dövlət işçiləri əyləncə proqramlarından istifadə edə bilməyəcəklər.

Qeyd etmək lazımdır ki, qadağa yalnız dövlət tərəfindən istifadəyə verilən xidməti cihazlar üçündür.

"TikTok" sahibi ByteDance dəfələrlə Çin hökuməti ilə bağlılığını inkar edərək, şirkətin 60 faizinin qlobal institusional investorlara məxsus olduğunu bildirib. Bununla belə, proqram tərəfindən toplanan məlumatların ölçüsü Avropa və ABŞ-da narahatlıq yaratmağa davam edir.

2017-ci ildə Çin tərəfindən qəbul edilən qanun şirkətlərdən hökumətə milli təhlükəsizliklə bağlı müxtəlif məlumatları təqdim etmələrini tələb etməklə bu narahatlıqları daha da gücləndirdi. Narahatlığa baxmayaraq, "TikTok"un dünya üzrə 1 milyarddan çox aktiv istifadəçisi var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti