...

Rusiyada kafedə baş verən partlayış nəticəsində yaralananların sayı 30-a çatıb

Dünya xəbərləri Materials 3 Aprel 2023 01:13 (UTC +04:00)
Rusiyada kafedə baş verən partlayış nəticəsində yaralananların sayı 30-a çatıb

Bakı. Trend:

Sankt-Peterburqda kafedə baş verən partlayış nəticəsində xəsarət alanların sayı 30 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirib.

"24 xəsarət alan şəxs hadisə yerindən Sankt-Peterburqun tibb müəssisələrinə çatdırılıb. Daha 6 yaralı hadisədən bir müddət sonra sərbəst şəkildə tibbi yardıma müraciət edib", - deyə qeyd olunub.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, altı nəfərin vəziyyəti ağır qiymətləndirilir. Daha 24 nəfərin, o cümlədən bir yeniyetmənin vəziyyəti orta-ağır ağır qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti