...

Rusiyada kafedə baş verən partlayış nəticəsində xəsarət alanların sayı 32-ə çatıb

Dünya xəbərləri Materials 3 Aprel 2023 09:18 (UTC +04:00)

Bakı. Trend:

Sankt-Peterburqda kafedə baş verən partlayış nəticəsində 32 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirib.

"Operativ məlumatlara görə, Sankt-Peterburqda kafedəki insident nəticəsində 32 nəfər xəsarət alıb, bir nəfər həlak olub", - məlumatda deyilir.

"Xəsarət alan 10 nəfərin vəziyyəti ağır qiymətləndirilir, 16 nəfər, o cümlədən 14 yaşlı qız orta ağır vəziyyətdədir, 5 nəfərin vəziyyəti qənaətbəxşdir. Onlara stasionar şəraitdə lazımı bütün yardım göstərilir", - nazirlikdən deyiblər.

Daha bir nəfər xəsarət alanın xəstəxanaya yerləşdirilməkdən imtina etdiyi əlavə olunub, ona ambulator yardım göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti