...

Qəzza zolağından İsrail ərazisinə raketlər atılıb

Dünya xəbərləri Materials 7 Aprel 2023 04:02 (UTC +04:00)
Qəzza zolağından İsrail ərazisinə raketlər atılıb

Bakı. Trend:

Qəzza zolağından İsrail yaşayış məntəqələrinə raketlər atılıb.

Trend xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.

Məlumata əsasən, Qəzza zolağından Fələstin anklavı ilə sərhəd yaxınlığında yerləşən İsrailin yaşayış məntəqələri istiqamətində bir neçə raket atılıb.

Xatlrkadaq ki, daha əvvəl İsrail Müdafiə Ordusunun mətbuat xidməti Livan ərazisindən İsrailə doğru ən azı 34 raket atıldığını, onlardan 25-inin hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu, daha 5-nin isə dövlətin ərazisinə düşdüyünü bildirib. Daha dörd raketlə bağlı məlumat dəqiqləşdirilir. “Yedioth Ahronoth” qəzetinin məlumatına görə, raket hücumu nəticəsində 3 nəfər yüngül xəsarət alıb.

Daha sonra İsrail ordusu Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti