...

İtaliya miqrasiya probleminə görə fövqəladə vəziyyət elan edib

Dünya xəbərləri Materials 12 Aprel 2023 08:16 (UTC +04:00)
İtaliya miqrasiya probleminə görə fövqəladə vəziyyət elan edib

Bakı. Trend:

İtaliya hökuməti miqrant axını və cənub bölgələrinin onları qəbul etməkdə yaşadığı çətinliklərlə əlaqədar fövqəladə vəziyyət elan edib.

Trend xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Məlumata əsasən, bu qərara əsasən, 6 ay üçün 5 milyon avro ayrılması nəzərdə tutulur. Bu qərar mülki müdafiə və dəniz siyasəti naziri Nello Muzumeçinin təklifi ilə Nazirlər Şurasının iclasında qəbul edilib.

Qeyd edilir ki, qərar Aralıq dənizi marşrutu üzrə miqrasiya axınının artması ilə əlaqədar verilib. Belə ki, 2023-cü ilin əvvəlindən ölkəyə dəniz yolu ilə 30 mindən çox miqrant gəlib ki, bu da 2022-ci ilin ilk ayları ilə müqayisədə 4 dəfədən çox çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti